Uşaq LOR
Xroniki tonzillit və tonzillektomiya
Xroniki tonzillitin dekompensə formasında tonzillektomiya əməliyyatı müzakirə olunur.
Niyə vacibdir
Xroniki tonzillit, revmatizm və miokardit — bir-birini izləyə bilən xəstəliklərdir. Vaxtında müalicə olunmayan pasiyentlər sonradan oynaq və ürək xəstəlikləri ilə üzləşə bilir.
Nə vaxt əməliyyat müzakirə olunur
Konservativ müalicə nəticə vermədikdə əməliyyat tövsiyə olunur. Göstərişin olub-olmaması müayinə və xəstəlik tarixçəsi əsasında müəyyən edilir.
Tonzillektomiya hər boğaz ağrısında deyil, yalnız müəyyən göstərişlər olduqda aparılan əməliyyatdır.
Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini əvəz
etmir. Sizə uyğun diaqnoz və müalicə yalnız birbaşa müayinədən sonra
müəyyən edilə bilər.