Qulaq
Qulaq küyü (tinnitus): səbəbləri nədir
Tinnitus qulaqda küy və ya uğultu kimi ifadə edilən vəziyyətdir.
Bəzən bu səslər insanı o qədər narahat edir ki, yaşam keyfiyyətinə və psixoloji vəziyyətə təsir göstərir, hətta yuxu rejimini poza bilir.
Xəstələr küyü müxtəlif cür təsvir edir: su şırıltısı, külək səsi, fit səsi və ya yüngül mühərrik gurultusu kimi.
Səbəblər iki qrupa ayrılır
1. Qulaq patologiyaları
- Xarici qulaq kiri
- Qulaq pərdəsində deşik
- Orta qulaqda irinsiz maye yığılması
- Kəskin və ya xroniki orta qulaq iltihabı
- Orta qulaq şişləri
- Otoskleroz və timpanoskleroz
- Vestibulopatiya
2. Qulaqla bağlı olmayan səbəblər
- Şəkərli diabet
- Hipertoniya
- Anemiya
- Çənə oynağı patologiyaları
- Tiroid patologiyaları
- Baş-boyun travması
- Osteoxondroz
- Bəzi baş-boyun şişləri
- Psixoloji problemlər
Müalicə
Səbəbi məlum olan tinnitusların müalicəsində çətinlik yoxdur — lakin bunlar bütün halların yalnız 10–15%-ni təşkil edir. Əsas çətinlik səbəbi aydın olmayan küylərin müalicəsidir.
Buna görə belə hallarda pasiyent LOR həkimi, nevroloq və lazım gəldikdə endokrinoloq tərəfindən də müayinə olunmalıdır.
Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini əvəz
etmir. Sizə uyğun diaqnoz və müalicə yalnız birbaşa müayinədən sonra
müəyyən edilə bilər.