Qulaq
Qulaqdan axıntı: perforativ orta otit
Qulaqdan irinli və ya şəffaf axıntı varsa, ehtimal olunan diaqnozlardan biri perforativ orta otitdir.
Özbaşına müalicə etməyin
Kəskin proses müalicəyə daha tez tabe olur. Xroniki otitlər isə pasiyenti uzun müddət aşağıdakı şikayətlərlə üzləşdirir:
- Eşitmə zəifliyi
- Daimi qulaq axıntıları
- Bunun nəticəsində yaranan xarici otit
- Qulaqda küy
- Tez-tez qulaq ağrıları
Perforasiya bağlana bilərmi
Düzgün müalicə aparıldıqda və qulaq sudan qorunduqda perforasiyanın bağlanma ehtimalı yüksəkdir. Bəzi pasiyentlər perforasiyanın olduğundan xəbərsiz olur — bu da diaqnozun gecikməsinə səbəb olur.
Yalnız otorinolarinqoloq düzgün müayinə aparıb müalicə təyin edə bilər.
Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini əvəz
etmir. Sizə uyğun diaqnoz və müalicə yalnız birbaşa müayinədən sonra
müəyyən edilə bilər.